Aprelin 26-da Binə Atçılıq Mərkəzində konkur üzrə CSİ-1* kateqoriyalı “Murad kuboku” beynəlxalq turniri başlanmışdır.
AzərTAc xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Polşa, İran və Gürcüstandan olan çaparlar da birincilik uğrunda mübarizə aparırlar.
Oyunu Türkiyə və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edir. Yarışın ümumi mükafat fondu 9 min 500 avrodur.
AzərTAc