"Bir milyon manat" filminin 29 apreldə Nizami Kino Mərkəzində qala-gecəsidir
28.4.2015

Aprelin 29-da qala-gecəmizdir. Mayın 1-dən şəhərimizin bütün kinoteatrlarında.

Rejissor Elmir Süleymanov: "Biz film çəkdik, toy üçün şou yox. İnşallah, tamaşaçı sevgisini qazanacağıq".

Piar direktoru Vüqar Azəroğlu: "Çoxu deyir, bir aya çəkdik, gördük nə çəkdiklərini. Əslində onlar çəkməyiblər, tamaşaçılar onların bu filminə baxaraq nələr çəkdilər əsəbdən - bir Allah bilir. Biz demirik, çox superik, bizdən yoxdur, sadəcə onu deyirik ki, hər kəs öz işiylə məşğul olsa, yaxşı olar".

Filmin ikinci rejissoru və montaj rejissoru Oqtay Ağamalıyev deyir, bu filmin bəzi yeni çəkilən filmlərdən fərqi odur ki, sponsorsuz çəkilir və içində tanıdıcı reklam yoxdur. Film "Fon media"nın rəhbərliyi altında çəkilir. Filmin baş prodüserləri Rza Caniyev və Fərid Xanbudaqovdur.

Milli.az