Azərbaycan dilinin klaviaturası AzKeyboard tətbiqi yenilənib. Belə ki, tətbiqin iOS 8.3 istifadəçiləri üçün yeni- v2.6 versiyası hazırlanıb.
Bu barədə tətbiqin yaradıcısı Amid Quliyev məlumat verib.
O bildirib ki, yeni versiyaya “Özün rənglə” bölməsi əlavə edilib. Bununla istifadəçilər istədikləri rəngdə klaviaturanı rəngləyib istifadə edə bilərlər.
Onun sözlərinə görə, həmçinin istifadəçilər fon şəkili də seçə bilərlər. Bu tətbiq də “klaviaturalar” bölməsində əks olunub.
Bununla yanaşı AzKeyboard-ı iPad-də iPhone tətbiqlərində açarkən ekranın dar olmasına görə klaviaturanın görünüşünün pozulması problemi də həll olunub. Həmçinin klaviaturada sözü tamamilə böyük hərflərlə yazdıqda söz diktəsində çıxan sözlər də artıq böyük hərflərlə görsənəcək.
Tətbiqin yeni versiyasını bu linkdən yükləyə bilərsiniz-https://itunes.apple.com/az/app/azkeyboard/id927438721
Xeberler.az