Dünyanın ən qədim almazlarından biri hesab edilən 400 yaşı olan “Beau Sancy” hərraca çıxarılaraq satılacaqdır. 34,98 karatlıq almazın ilkin qiyməti 4 milyon dollardır.
Hindistandakı Qolkonda şəhərinin yaxınlığındakı mədəndən çıxarılmış “Beau Sancy”nin sahibləri arasında Avropanın müxtəlif kral sülalələri olmuşdur.
Almazın son sahibi isə Almaniya kralının sülaləsindən olan bir nəfərdir.
Hazırda Parisdə nümayiş olunan almaz London və Sürixdə də göstəriləndən sonra mayın 14-də Cenevrədəki hərracda satılacaqdır.
AzərTAc