Günün ulduz falı
26.4.2012

Qoç - Bu günü sakit, təlaşsız və tələskənlik olmadan keçirin. Risk etməyə, bir qədər şübhəli görünən işlərə girişməyə dəyməz. İntuisiyanız sizi pis vəziyyətdə qoya bilər. Ona görə də qərarların qəbulu zamanı məntiqə və sağlam düşüncəyə arxalanmaq lazımdır. Daha yüksək mövqe tutan insanlarla işgüzar əlaqələr məsləhət deyil.
Emosional fon stabilliyi ilə fərqlənəcək. Müvəqqəti çətinliklərə baxmayaraq, yüksək əhval-ruhiyyənizi qoruya biləcəksiniz. Dostlarla görüşlər pis keçməsə də, romantik görüşlər məyus edəcək.

Buğa - Çox çətin gündür. Xeyli vaxtınız hədər gedəcək, qalaqlanan problemlərin öhdəsindən gəlmək ümidi ilə çoxlu əbəs səylər göstərəcəksiniz. Maddi vəziyyət o qədər də yaxşı deyil: bazarlıqlar uğursuz olacaq, maliyyə itkisi mümkündür. Səfərlər pis başlamayacaq. Amma onların nəticələri gözləntiləri doğrultmayacaq.
Ətrafdakılarla yola getmək çətin olacaq. Üstəlik, insan sizin üçün nə qədər yaxın və dəyərlidirsə, qarşılışlı anlaşmaya nail olmaq şansı bir o qədər azdır. Yeni tanışlarınız barədə layiq olduqlarından da yaxşı düşünürsünüz. Bu, düşünülməmiş hərəkətlərə, ciddi səhvlərə səbəb ola bilər.

Əkizlər - Bu, həftənin əlverişli günlərindən sonuncusudur. Əgər hansısa işi başa çatdırmalısınızsa, onu bu gün etməyə çalışın – sonra xeyli çətin olacaq. Pul gəlirləri mümkündür, sərfəli sövdələşmələr şansı var. Bunun üçün zirəklik və israr lazım gələcək.
Səfərlər və improvizasiyalar üçün münasib gündür. Uzağagedən planlar qurmağa dəyməz. Yaxınlarınızın dəstəyinə bel bağlaya bilərsiniz. Böyük məbləğdə pul və dəyərli hədiyyələr almaq ehtimalı var.

Xərçəng - Günün əvvəlində köhnə problemlər özlərini xatırladacaq. Amma siz onların öhdəsindən kifayət qədər tez gələcəksiniz. Yaradıcılıq qabiliyyəti tam yerinə düşəcək: siz ondan istifadənin yolunu tapacaq və rəqiblərinizi üstələyəcəksiniz. Alış-veriş etmək olar.
Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq, bir çox sahələrdə yaxşılığa doğru dəyişikliklər müşahidə olunacaq. Axşam saatları hansısa köhnə ideyaların reallaşdırılması üçün münasibdir. Rəğbət bəslədiyiniz insanı görüşə çağırmaq olar. Həyat potensialı yüksəkdir. Bütün gün ərzində ovqatınız yaxşı olacaq.

Şir - Uğurlu gündür və bundan istifadə etmək lazımdır – sonra pis olacaq. İşdəki uğurlarınız o qədər çox olacaq ki, ətrafdakılarda həsəd yaradacaqsınız. Özünüzə düşmən qazanmaq təhlükəsi var. Çoxdankı müttəfiqlərinizdən maraqlı təkliflər alacaqsınız. Kələkdən çəkinmədən bu təkliflərə razılıq vermək olar.
Günün ikinci yarısı qeyri-formal şəraitdə ünsiyyət, əyləncə yerlərinə getmək üçün münasibdir. Dostlarla qarşılaşmalar sevinc bəxş edəcək. Romantik görüşlər də xoş təəssürat yaradacaq. Bazarlıq etmək olar.

Qız - Emosiyaya qapılmamağa çalışın: nə qədər ki, emosiyalarınızı cilovlayacaqsınız, hər şey yaxşı olacaq. İşgüzar partnyorlarınızla fikir ayrılıqları mümkündür. Amma sonda vahid rəyə gəlmək mümkün olacaq. Nə qədər təəccüblü olsa da, heç vaxt həmfikir saymadığınız adamlar bu gün sizin mövqeyinizi dəstəkləyəcəklər.
Gözlənilməz mənbədən pul gəlməsi mümkündür. Gün alış-veriş üçün münasibdir. Təəssüf ki, Qızların çoxunun bəxti sevgi məsələlərində gətirməyəcək. Bürcün bir çox nümayəndələri sevdikləri adamın diqqətinin azlığından əziyyət çəkəcək, boş şeylər üstündə küsülülüklər yaranacaq.

Tərəzi - Çox uğurlu gündür. Bu gün hadisələr sizin üçün əlverişli inkişaf edəcək. Bundan köhnə planlarınızı reallaşdırmaq, ən cəsur fikirlərinizi həyata keçirmək üçün istifadə etməyə dəyər. Bürcün bir çox nümayəndələrinin qarşısında karyera zirvələrinə yol açılacaq. Gəlirləriniz əhəmiyyətli dərəcədə arta bilər.
Hansısa köhnə ailədaxili fikir ayrılıqlarını aradan qaldırmaq, sizi və yaxınlarınızı son vaxtlar narahat edən suallara cavab tapmaq mümkündür. Gün yeni münasibətlərə başlamaq üçün münasibdir.

Əqrəb - Uğursuz gündür. Bundan sonra yaxşı olacağından təsəlli tapın və vacib heç nəyə girişməyin. Rəhbərlikdə ciddi fikir ayrılıqları mümkündür. Sizə nə qədər az diqqət göstərsələr, bir o qədər yaxşıdır. Əgər nailiyyətləriniz diqqətdən kənarda qalsa, məyus olmayın – bir qədər sonra layiq olduğunuz mükafatı mütləq alacaqsınız.
Yaxınlarınızla münasibətlər yaxşı olmayacaq, tez-tez anlaşılmazlıqlar yaranacaq, boş şeylər üstündə incikliklər mümkündür.

Oxatan - Ehtiyatlı olun. Bu, istənilən səhvə görə cavab verməyin, səhvlərin cəzasının ağır olduğu çətin günlərdən biridir. Lakin ağıllı davranış, istənilən məsələnin həllinə məsuliyyətlə yanaşma hətta ən çətin vəziyyətlərin əlverişli nəticəsinə bel bağlamağa imkan verəcək.
Yeni tanışlıqlar üçün münasib gündür. Günün ikinci yarısında gözlənilməz təklif və dəvətlər mümkündür.

Oğlaq - İş, işgüzar danışıqlar, sövdələşmələr üçün əlverişli gündür. Siz peşə fəaliyyəti ilə bağlı hər şeyə son dərəcə məsuliyyətlə yanaşırsınız. Bu gün məhz belə yanaşma tam yerinə düşür. Yaxşı ideyalar az olsa da, əvvəlcədən qurulan planları reallaşdırmaq üçün kifayət qədər vaxt var.
Çoxdandır görmədiyiniz adamlarla görüş, münasibətlərin bərpası üçün münasib gündür. Sizi narahat edən məsələlərlə bağlı yaxınlarınızla danışmaqdan qorxmayın: sizi düz başa düşəcəklər.

Dolça - Qətiyyətli olun. Bu gün hadisələr uğurlu inkişaf edəcək və bundan istifadə etmək lazımdır. Bürcün bir çox nümayəndələri onları çoxdandır narahat edən suallara cavab alacaqlar. Üstəlik, bu cavablar Dolçaların ürəyincə olacaq. İş adamlarının öz bizneslərini genişləndirmək şansı var.
Şəxsi əlaqələr sahəsində işlər pis deyil. Bu gün bir çox Dolçalar çoxdandır onları narahat edən şeylərdən heç bir xüsusi səy göstərmədən xilas ola biləcəklər. Gözlənilməz təkliflər, xoş sürprizlər mümkündür.

Balıqlar - Bu gün hər hansı nəzərəçarpan uğur və inanılmaz qələbə gözlənilmir. Amma bütövlükdə gün pis keçməyəcək. Peşə sahəsində çətin məsələləri həll etmək mümkün olacaq. Həmkarlarınız və rəhbərliyin dəstəyinə bel bağlamaq olar. Səfər ehtimalı var. Onlar məhsuldar olacaqlar. Bununla belə, səfərlər gözlədiyinizdən daha çox vaxtınızı alacaq.
Bir çox Balıqlar üçün bu gün şəxsi həyatda dəyişikliklərlə yadda qalacaq. Amma təəssüf ki, xoşagəlməz dəyişikliklərlə. Möhkəm olun – bu gün mənfi tendensiyalar nəyə qadir olduqlarını göstərəcək, amma tezliklə yorulacaq və geri çəkiləcəklər. Bununla da hər şeyi yoluna düşəcək.

Milli.Az