“Azerspace-1” peykinə daha bir kanal qoşuldu
30.4.2015

“Azərkosmos” ASC və “EuroAZ” kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, müqaviləyə əsasən, Avropadan yayımlanan ilk Azərbaycan kanalı “EuroAZ” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Qeyd edək ki, kanalda əsasən əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii və cizgi filmlər, seriallar nümayiş olunur. Kanal hazırda 11135/H/27500 tezliyi ilə yayımlanmaqdadır.

Məlumat üçün bildirək ki, “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Oxu.az