Nizami Kino Mərkəzində aprelin 30-dan etibarən ABŞ istehsalı olan “İkinci şans” filminin nümayişinə başlanıb.
“İkinci şans” filminin ssenari müəllifi və rejissoru Den Fogelman bu ekran əsərini dram, komediya və musiqi janrında çəkib. Film real hadisələrə əsaslanır. Yaş məhdudiyyəti: 16+
Haçansa Denni Kollinzin mahnılarını bütün dünya sevirdi. Amma neçə illərdi ki, o heç nə yaratmır, ötən şöhrətinin kölgəsində yaşayır. Bir gün o, Con Lennonun uzun illər öncə ona yazdığı məktubunu alır... Vaxtında bu məktub Denni Kollinzin həyatını dəyişə bilərdi...
Filmdə dünya şöhrətli ulduz Al Paçino, Annett Beninq, Cenifer Qarner, Bobbi Kannavale, Kristofer Plammer, Melissa Benoyst, Nik Offerman, Coş Pek, Arti Man, Katarina Ças və başqa aktyorlar çəkiliblər.
Əziz kinosevərlər, film haqda daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür.
(https://www.facebook.com/NizamiCinema?rf=hl)
Milli.az