Heydər Əliyevin xatirəsinə velosiped yürüşü - FOTO
4.5.2015

Yürüşdə 100-dən artıq peşəkar və həvəskar velosipedçi iştirak edib.

Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu gün Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub.

Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, yürüşdə 100-dən artıq peşəkar və həvəskar velosipedçi iştirak edib.

Tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Oxu.az