“Əsgər atası”nın rejissoru vəfat etdi
4.5.2015

88 yaşlı gürcü kinorejissor Rezo Çxeidze vəfat edib. Bu barədə “Rustavi-2” kanalı xəbər verib.

Telekanal bildirib ki, rejissor ciddi xəstəlik nəticəsində dünyasını dəyişib.

Rezo Çxeidze məşhur yazıçı Devid Çxeidzenin oğludur. Çxeidze “Bizim həyət”, “Tsxneteli Maya”, “Əsgər atası”, “Don Kixot və Sançonun həyatı” və digər filmləri çəkib.

Çxeidze Gürcüstan SSRİ-nin xalq artisti (1966) və SSRİ-nin xalq artisti adını (1980) alıb. Rejissor həmçinin Lenin mükafatı laureatı olub, lakin 1991-ci ildə Çxeidze ondan imtina etmişdi.

Oxu.az