“Xəzər-Lənkəran” futbol klubunun nəzdində fəaliyyət göstərən eyniadlı əlbəyaxa döyüş klubunun idmançısı Elnur Abbasov növbəti qızıl medal qazanmışdır.
Cüdo üzrə Praqada keçirilən Avropa Kuboku yarışlarında Elnur (50 kq) Azərbaycanın bu cür yüksək nəticə qazanmış yeganə nümayəndəsi olmuşdur.