Alimlərin indiyədək kosmosda aşkarladıqları və Yerdən ən uzaq sayılan qalaktikadan da kənarda olan yeni qalaktika kəşf olunub.
ABŞ-dakı Santa-Kruz və Yel universitetlərinin alimlərinin apardıqları birgə tədqiqat nəticəsində qalaktikamızdan 13,1 milyard işıq ili uzaqlıqda yeni qalaktika aşkarlanıb.
Üç fərqli teleskop vasitəsilə aparılmış müşahidələrin nəticəsinə görə, bu planetlər və ulduzlar topası Kainatdakı ən yeni qalaktikalardan biridir.
EGS-zs8-1 adlı bu qalatika Böyük Partlayışdan 670 milyon il sonra yaranıb. Alimlərin hesablamalarına görə, yeni qalaktikanın "vur-tut" 100 milyon il yaşı var.
Astrophysical Journal Letters-də yer alan məlumata görə, Çoban ulduzu topasında yerləşən EGS-zs8-1-də Yerin olduğu qalaktika ilə müqayisədə 80 dəfə böyük ulduzlar formalaşmaqdadır.
Milli.Az