Çelyabinsk tramvayları Wi-Fi-la təchiz olunur
8.9.2011

Rusiyanın Çelyabinsk vilayətindəki ictimai nəqliyyat 3G Wi-Fi-la təchiz olunacaq. Artıq vilayətin 2 növ nəqliyyatında – tramvay və trolleybusda test rejimində İnternetə simsiz qoşulma quraşdırılıb. Yerli hakimiyyət orqanları ictimai nəqliyyatı yaxşılaşdırmaq və gənclər arasında daha da populyar etmək üçün bu cür tədbirləri davam etdirir. Qeyd edək ki, Wi-Fi sərnişinlər üçün pulsuzdur.
Əgər yeni xidmət populyarlaşarsa bu payız onu digər marşrutlarda da tətbiq edəcəklər. Wi-Fi ilk dəfə Rusiyada 2 il öncə Ufa şəhərində trolleybus marşrutlarında təchiz olunub.