NETTY2015-in nominantları müəyyən edildi
6.5.2015

Mükafatın qalibləri rəsmi mükafatlandırma mərasimində elan olunacaq.

NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edildi.

Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı-saytların ümumi sayından 40-dan çox resurs seçilib və onlar artıq Mükafatın nominantlarıdır.

Nominantların yekun siyahısı ilə http://netty.az/az/nominants saytında tanış ola bilərsiniz. Mükafatın Akademiyası səsverməyə başlayıb. Nominantların sırasından seçilən qaliblər rəsmi mükafatlandırma mərasimi zamanı 20 may tarixdə elan olunacaq.

Nominasiyaya layiq bilinən bütün saytların nümayəndələri mərasimdə iştirak edəcəklər. Qeyd etməliyik ki, Akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən edəcəklər. Akademiyanın qərarı ilə “Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə” və “İlin İT-Hadisəsi” fəxri nominasiyalarda qaliblər elan olunacaq. Həmçinin “Mobil qurğular üçün ən yaxşı proqramlar” nominasiyasında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyoru KATV1-dir. Müsabiqənin partnyorları aşağıdakılardır: Tabasko Branding Bureau şirkəti, www.facebook.com/tabaskonline. BakuTel sərgisi, SmartHost şirkəti.

Tədbirə İnformasiya dəstəyini 1news.az, Infocity.az, Oxu.az, Disput.az, Smartfon.az, Inet.az göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az və ya info@nettyaward.com ünvanına göndərə bilərsiniz.

Oxu.az