Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək
7.5.2015

Mayın 26-da Bakının "Mariott" mehmanxanasında Cisco şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik" adlı forumu keçiriləcək.

Şirkətdən verilən məlumata görə, dünya İKT-sənayesinin tanınan Cisco şirkəti bu cür tədbirləri dünyanın müxtəlif regionlarında, o cümlədən də MDB ölkələrində müntəzəm sürətdə keçirir.

Qeyd edək ki, Azərbaycanda belə forum ilk dəfə keçiriləcək. Tədbir iştirakçıları müxtəlif məruzələri dinləyib, iki texnoloji axın - "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" çərçivəsində maraqlı təqdimatlara da baxa biləcəklər.

Cisco Forumu müxtəlif şirkətlərin rəhbərlərinə və İT-direktorlarına təşkilatın İT-strategiyasını müəyyənləşdirməyə, həmçinin sahibkarlıq fəaliyyətinin aparılması, tədris və verilənlərin təhlili üçün müvafiq proqramların istifadə olunmasından əldə edilən üstünlüklər ilə tanış olmaqlarına yardım məqsədilə keçirilir.

Cisco şirkəti informasiya təhlükəsizliyi bazarında və "bulud" texnologiyalarına və Big Data-ya (Böyük Məlumatlar) hazır virtuallaşdırılmış, miqyaslanan VEM infrastrukturu sahəsində dünyanın qəbul olunmuş lideri hesab edilir. Cisco şirkətinin Nexus və UCS məhsullar ailələri iri korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə və mobil operatorlar bazarında yeni nəsl VEM-lərin yaradılması üçün aparıcı həllərə çevriliblər. Virtuallaşdırılmış mühit, kontent və mobil cihazların qorunması, şəbəkə çıxışına və proqramlara nəzarət, zərərli kodlarla mübarizə və s. bu kimi əməliyyalar üçün hazırladığı bir sıra yeni həllər sayəsində Cisco-nun informasiya təhlükəsizliyi sahəsindəki mövqeləri nəzərəçarpan dərəcədə möhkəmlənib.

Biznesin proqramların imkanlarından (hər şeyi əhatə edə bilən internetin potensialını unutmamaq şərtilə) istifadə edə bilmək qabiliyyəti İT-menecmentin yeni İT-modelləri öyrənə bilmə qabiliyyətilə müəyyən olunur. Proqramların məhsuldarlığı və təhlükəsizliyi isə İT-sahənin yeni İT-infrastruktur formalarının yaradılması problemlərini nə dərəcədə uyğun şəkildə həll edə bilməsi qabiliyyətindən asılıdır. Forum zamanı müştərilərə proqramların səmərəliliyini hər səviyyədə (sərhəddə, özəkdə və "bulud" miqyasında) artırmağa yardım edəcək texnoloji həllər təqdim olunacaq. Altı il bundan əvvəl Cisco şirkəti virtuallaşdırma və avtomatlaşdırma üçün nəzərdə tutulan nadir arxitekturanı - Birləşmişdirilmiş Hesablama Sistemlərini (Cisco Unified Computing System) təqdim etdi. Hazırda Cisco müştərilərə özünün yeni məhsulunu təqdim edir - proqramlara istiqamətlənən infrastruktur (Application Centric Infrastructure, ACI) hansı ki, İT-departamentlərə biznesin müxtəlif sorğularına bacarıqla və vaxtında cavab verməyə yardım edəcək.

Proqramların çevik və sürətlə proqramlaşdırılan infrasturktura, istifadəçilərin isə onların əlçatımlığına və kommersiya dəyərli məlumatlarını və verilənləri qoruya bilmələrinə ehtiyacı vardır. Forum iştirakçıları bütün şəbəkə səviyyələrində (hücumdan əvvəl və sonra) təhlükələrin kontekst təhlilini apara bilən, hadisələrin dinamik nəzarətini, intellektual korrelyasiyasını və müdafiə alətlərinin idarəsini həyata keçirə bilən Cisco-nun yeni sinif həllərilə tanış olacaqlar.

Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Xeberler.az