“Startap Azərbaycan 2015” -in yekun tədbirlərinin proqramı açıqlandı
8.5.2015

Xəbər verdiyimiz kimi mayın 15-də Park İnn Otelində “Startap Azərbaycan 2015” müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək. Konfransın mövzusu isə “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər“ olacaq.

“Startap Azərbaycan 2015” müsabiqəsinin Təşkilat Komitəsindən  verilən məlumata görə, “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” konfransının proqramı artıq hazırdır.

Proqramı təqdim edirik:

09:30 - 10:00
Qeydiyyat

10:00 – 10:15
Açılış və salamlama çıxışları
Elmir Vəlizadə - Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Osman Gündüz - AİF, Startap Azərbaycan
Elçin Zeynalov - RYTN, İT-nin İnkişafı Dövlət Fondunun direktoru

10:15 - 11:30
Panel
Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər

Moderator Osman Gündüz - Startup Azərbaycan
Şahin Talıbov - İnfiPro (təsdiqlənməyib)
Məmməd Kərimov - “Xəzər Vençur”, həmtəsisçi
Ülvi Aslanov - YT Park
Fərid Kazımov - Startap Azərbaycan, ekspert
Rəşad Məmmədli - "Baku Business Factory", Marketinq Meneceri

11:30 - 12:15
Startap Azərbaycan 2015 Müsabiqəsinin yekunu.
Finalçıların elan olunması.
Finalçıların 3 - 5 dəqiqəlik Təqdimatları.
Finalçıların mükafatlandırılması.

12:15 - 12:30
Yekun. Çay - kofe fasiləsi

12:00 -13:00 ( Digər Zalda)
Finalçı startapların İnvestorlarla görüşü (Pitç sessiya, ancaq İnvestorlar üçün)

Xeberler.az-ın məlumatına görə, “Startap Azərbaycan 2015” müsabiqəsinin yekun təqdimat mərasimində “Startap Azərbaycan 2015” layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri haqqında təqdimatlar olacaq. Həmçinin "Startap Azərbaycan 2015" Müsabiqəsinin qalibləri elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Xeberler.az