Türk kino və teatrının ən tanınmış aktyoru və rejissorlarından biri Zeki Alasya dünyasını dəyişib. Qraciyər xəstəliyi ilə 22 apreldən xəstəxanada müalicə olunan aktyor 72 yaşında bu gün səhər saatlarında vəfat edib.
Zeki Alasya 8 aprel 1943-cü ildə İstanbulda anadan olub. Əslən kiprli olan Zeki Alasya hələ məktəb illərindən aktyorluğa maraq göstərib. Sənət həyatına 1959-cu ildə Milli Türk Tələbə Birliyinin həvəskar teatrında başlayıb. 1964-cu ildə Arena teatrında peşəkar aktyor kimi səhnəyə çıxıb.
Bir çox filmdə oynayan aktyor 1998-ci ildə Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Sənətçisi adını alıb.
“Sarsaq Milyonçu”, “Kənddən şəhərə”, “Gülərsin, ağlayırsan”, “Bu adamlar haraya baxır”, “Hasip ilə Nəsib” kimi filmlərdə komediya ustası şöhrət qazanıb.
Zəki Alasya son illərdə çəkildiyi “Akasya durağı” serialı ilə daha çox tanınırdı. O, “Akasiya durağı” serialında Nuri Baba obrazını canlandırmışdı.
Publika.az