Sabah Azərbaycan ərazisində havanın temperaturu 26 dərəcəyədək yüksələcək
8.5.2015

Mayın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

APA