Startapımız qlobal yarışmada uğur qazanıb
13.5.2015

“Yeni Fikir 2014”ün , “Startap Azərbaycan”ın qalibi və həmçinin “ MilliNet 2014” müsabiqəsində "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş BethClip layihəsi bir neçə gün öncə ABŞ-ın "Global Innovation through Science and Technology" (GİST) təşkilatı tərəfindən keçirilən Tech-İ (Technology İdea) yarışmasında iştirak etmək üçün müraciət edib.

Bu barədə  layihə rəhbəri Rəşid Əliyev məlumat verib.

Rəşid Əliyev bildirib ki, mayın 10-da BethClip yarışmada yarımfinala çıxıb.

Qeyd edək ki, hazırda Tech-İ yarışmasının final mərhələsində iştirak etmək üçün komandalar səs toplama kompaniyası keçirir. Sonda ən çox səs toplamış layihə finala dəvət olunacaq və ABŞ Prezidenti Barak Obama ilə görüşəcək.

Səsvermə üçün Tech-İ yarışmasının saytından və ya BethClip-ə səs vermək üçün birbaşa bu linkdən keçməklə ( https://goo.gl/T8ejYt ) səs verib, dəstək ola bilərsiniz.
Yarışla bağlı ətraflı məlumatı təşkilatın rəsmi səhifəsidən əldə etmək olar.

Xeberler.az