Azərbaycanda turizm sektorunun inkişafı, turizm ili ilə bağlı həyata
keçirilən tədbirlər və «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsi
ilə bağlı xarici qonaqların səfəri və onlara yaradılacaq şəraitlə bağlı
məsələlər bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC)
turizm şirkətləri və əlaqədar dövlət qurumları ilə birlikdə təşkil
etdiyi turizmə həsr olunmuş genişləndirilmiş iclasda müzakirə edilib.
İclasda müsabiqə zamanı xarici turistlərin ölkəyə gəlişinin
asanlaşdırılması, o cümlədən onlara viza verilməsinin sadələşdirilməsi
də müzakirə edilib.
Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili İdarəsinin
rəisi Elxan Vəliyev isə bildirib ki, may ayınadək turizm şirkətlərinin
cəlb elədiyi mütəxəssislərin ölkəyə gəlib burada işləməsi üçün onlar
sadəcə giriş vizası almalıdırlar: «Onların ölkədə qalma müddəti qanunla
nəzərdə tutulan vaxtı keçdikdə şirkətlər vaxtın uzadılması üçün DMX-ə
müraciət etməlidir». DMX nümayəndəsi xidmətdə sənədlərin elektron
qəbulunun təşkil edildiyini və müraciətin çətin olmadığını bildirib.