Sabah Park İnn otelində “Startap Azərbaycan 2015” müsabiqəsinin finalçıları elan olunacaq və ənənəvi Startap Azərbaycan milli konfransı keçiriləcək.
Müsabiqəyə qatılan 34 startap içərisindən ən yaxşılarının adları təqdimat mərsimində açıqlanacaq.
Qeyd edək ki, aşağıdakı nominasiyalar üzrə fərqlənənlər elan olunacaq:
-Startap Azərbaycan müsabiqəsində “Ən motivasiyalı komanda” nominasiyasında fərqləndiyinə görə təltif olunur.
-Finalçılar və fərqlənənlər tədbir iştirakçıları öz startaplarının qarşısında qısa müddətli təqdimatlarını edəcəklər.
-Startap Azərbaycan müsabiqəsində “GoMap mobil tətbiqləri” nominasiyasında fərqləndiyinə görə təltif olunur.
-Startap Azərbaycan müsabiqəsində “E-gov mobil tətbiqləri” nominasiyasında fərqləndiyinə görə təltif olunur.
Onu da bilidirək ki, qaliblərə və fərqlənənlərə Startap Azərbaycan-nın, CyberNet və SİNAM şirkətlərinin, Elektron Hökumət Portalının, Yüksək Texnologiyalar Parkı və “Fabrika”- Kovorkinq Mərkəzinin qiymətli hədiyyələri və diplomlar təqdim olunacaq
Startap Azərbaycan yekun tədbirlər proqramının son versiyası də təsdiq olunub.
Yekun tədbirlər çərçivəsində “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” milli konfrans da təşkil olunacaq. Konfransda “ Startap Azərbaycan 2015” müsabiqəsinin qalibləri və fərqlənənlər elan olunmaqla yanaşı, qalib komandaların investorlarla görüşü də keçiriləcək.
Yekun tədbirlərdə və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər - startap komandaları, dövlət qurumaları və texnoparkların nümayəndələri, investorlar və İT şirkətlər, mentorlar və ekspertlər iştirak edəcəklər.
Xeberler.az