Polşada yaşayan 28 yaşlı Mişel Perlinski 33 dildə danışa bilir, 33 dildən on beşində isə ana dili kimi danışır.
Almaniyanın Ruhr Universitetində təhsil alan gənc oğlan
polyakca (ana dili), almanca, ingiliscə, fransızca, italyanca, ispanca,
portuqalca, hollandca, çexcə, rusca, danimarkaca, isveçcə, norveçcə,
rumınca, yunanca, türkcə, fincə, macarca, ərəbcə, ibrani dilində, çincə
danışa bilir.
Beynin quruluşunu və funksiyalarını araşdıran mütəxəssislər
Perlinskinin dil öyrənməyi məntiq çərçivəsində etmədiyini, şəkil
yaddaşına sahib olduğu üçün gördüklərini beyninə həkk edərək öyrəndiyini
deyirlər. O, yaddaşı güclü olduğu üçün asanlıqla dil öyrənə bilir. Bir
sözü iki dəfə gördükdən sonra heç vaxt unutmadığını deyir.
Lent.az