Festivalda əsas premyeralar Todd Heyns, Qas Van Sent, Vudi Allen və başqa məşhur kinorejissorların filmləri olacaq.
Bu ilki festival franız kinorejissor Emmanuel Berkonun "Qürurlu duruş ilə" film ilə açılıb.
Festival həftəyarım sonra fransız kinorejissor Lük Jakenin "Buz və səma" lenti ilə başa çatacaq.
Kann kinofestivalının əsas mükafatı olan "Qızıl palma budağı"na əsas iddialılar 19 filmdir. Onlar "Dipan" (Jak Odiyar), "Bazar qanunu" (Stefan Brize), "Marqaret və Jülyen" (Valeri Donzelli), "Nağılların nağılı" (Matteo Qarrone), "Kerol" (Todd Heyns), "Qatil" (Hou Syaosyan), "Dağlar tərpənəcək" (Szya Çjanke), "Umimatinin gündəliyi" (Hirokazu Korreda), "Makbet" (Castin Kurzel), "Ömər" (Yorqos Lantimos), "Mənim kralım" (Mayuenn Le Besko), "Anam" (Nanni Moretti), "Saulun oğlu" (Laslo Nemeş), "Yeniyetməlik" (Paolo Sorrentino), "Bombadan da gur" (Hoakim Trier), "Ağaclar dənizi" (Qas Van Sent) və "Muzdlu qadın" (Deni vilnöv) lentləridir.
Ən gözlənilən filmlərdən biri Kann festivalıə və "Oskar" mükafatının laueratlarıolmuş Paolo Sorrentinonun "Yeniyetməlik" lentidir.
"Qızıl palma budağı"na daha bir real iddialı amerikalı Qas Van Sentdir.
Builki festivalda ilk dəfə olaraq əsas müsabiqənin münsiflər heyətinə iki şəxs - amerikalı kinorejissorlar İtan və Coel Koenlər başçılıq edirlər. "Xüsusi baxış" müsabiqəsində münsiflər heyətinə italyan kinoulduz İzabella Rosselini rəhbərlik edir.
Festivalın açılış mərasiminin aparıcısı, fransız aktyor Lamber Vilsona qapanış mərasimi də həvalə olunacaq.
Milli.Az