Sinqapurda məhkəmə qonşusunun pişiyini yandıran adamı 2500 dollar məbləğində cərimələyib. 78 yaşlı Çua Tuan Sen həmin cərimə ilə yanaşı, ciddi yanıq xəsarətləri almış pişiyin 1235 dollarlıq müalicə xərclərini ödəməlidir.
Yaşayış binasının qarşısını buladığı üçün 7 yaşlı pişiyin üzərində mazut tökərək ona od vuran Sen əməlini etiraf edib.
Yandırılandan sonra 4 gün baytarlıq klinikasında müalicə olunan Rikko adlı pişiyin dərisində hələ də böyük yanıq izləri var.
Milli.Az