WhatsApp-dan gözəçarpan dəyişiklik - FOTO
15.5.2015

Dünyanın ən böyük mesajlaşma şəbəkəsi yeni funksiya hazırlayır.

Dünyada ən məşhur mobil messenger WhatsApp-ın dizaynı dəyişildi.

WhatsApp-ın dizaynı tamamilə dəyişdiriləndən sonra, mobil messenger xoşagələn bir görünüşə malik olub.

Dünyanın ən böyük mesajlaşma şəbəkəsinin son yenilənməsi “Android 5.0” versiyası tərəfindən dəstəklənir.

Qeyd edək ki, xarici KİV-in yaydığı məlumata görə, WhatsApp yaxın aylarda video-zəng funksiyasını əlavə edəcək.

Oxu.az