Abituriyentlər üçün vacib xəbər
15.5.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, buraxılış imtahanları Bakıda iyunun 2-də keçiriləcək.

İmtahanlar iyunun 6-da Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt, Abşeronda, iyunun 11-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Füzuli, Beyləqanda olacaq.

Milli.Az