May ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturu iqlim normasından bir qədər yüksək olacaq, bəzi yerlərdə 33 dərəcə isti gözlənilir
30.4.2012

May ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 17-19 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 11-16, gündüzlər 19-24 dərəcə isti olacaq, bəzi günlərdə 27-31 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan MR-da orta aylıq temperatur 17-21 dərəcə isti təşkil edəcək, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə yüksəkdir. Gecələr 9-14, gündüzlər 21-26 dərəcə isti olacaq, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperatur 10-15 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10, gündüzlər 14-19 dərəcə isti olacaq, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperatur 17-20 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 9-14, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 27-32 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 14-18 dərəcə isti olacaq, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 8-13, gündüzlər 16-21 dərəcə isti olacaq, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 18-21 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 11-16, gündüzlər 20-25 dərəcə, bəzi günlərdə 27-32 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperatur 15-19 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 11-15, gündüzlər 19-24 dərəcə isti olacaq, bəzi günlərdə 26-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq.

APA