“İlk Avropa Oyunları qədim Bakı torpağında”.
Bu gün Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi keçirilib.
Mərasimdə idman və gənclər naziri, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında ASAN xidmət sədri İnam Kərimov və bir sıra təşkilatların rəhbər şəxsləri iştirak edib.
Tədbirdə çıxış edən Azad Rəhimov idman azarkeşlərini gözəl mahnı və klip münasibəti ilə təbrik edərək, incəsənət ustalarına təşəkkür edib:
“Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirəlayiq haldır. Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən hədiyyədir. İnanıram ki, mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək”.
ASAN xidmətin sədri İnam Kərimov Avropa Oyunları və ekran işi barədə fikirlərini bölüşüb:
“Azərbaycanda idman dövlət qayğısı və bu sahəyə maraq artmaqdadır. Qitə tarixində ilk dəfə olaraq məhz Bakıda keçiriləcək. Birinci Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq. İnanıram ki, bu gün təqdim olunan mahnı və klip idmançılarımıza töhfə olacaq”.
Tədbirdə əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov da çıxış edib. Tədbirin aparıcısı isə Kamilə Babayeva olub.
Sonda müğənillər və könüllülərlə birgə akapella ifa olunub.
Video
Oxu.az