Tripoli Beynəlxalq Film Festivalında Elçin Musaoğlunun «Nabat» filmi «Ən yaxşı tammetrajlı bədii film» mükafatına layiq görülüb. Mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Medard de Chardon ilə birgə Kann Beynəlxalq Film Festivalında təşkil olunan Azərbaycan pavilyonuna təşrif buyurub. Mükafatı qəbul edərkən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov qonaqlara təşəkkür etmiş və festivalla əməkdaşlığı davam etdirəcəyini bildirmişdir.
Publika.az