Azərbaycanın “Eurovision” yarışmasına ev sahibliyi etməsi münasibəti ilə Dənizkənarı Milli Parkda açıq havada konsert proqramı keçirilib.
Кonsert müsabiqənin Azərbaycandakı rəsmi Fan-klubunun təşəbbüsü ilə təşkil edilib.
“Ulduzlar Eurovisonu dəstəkləyir” şüarı altında təşkil edilmiş konsert proqramını Bakı sakinləri ilə yanaşı paytaxtın qonaqları da izləyib.
Konserti Murad Dadaşov aparıb. Proqramda “Eurovison - 2010” müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə, “Eurovision-2012” yarışmasında Gürcüstanı təmsil edəcək Anri Joxadze (Anry Jokhadze), dj Çina Mustafayev, Eldar Qasımov və Nigar Camal çıxış ediblər. Eldar və Nigar ötən il Azərbaycana qalibiyyət gətirən “Running scared” mahnısını səsləndiriblər.
Konsertdə 2008-ci ildə “Eurovision” təmsilçisi olmuş Diana Qurtskaya və Ani Lorak çıxış ediblər.
Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin isə konsertdə ən çox mahnı səsləndirən ifaçı olub.
Emin “Eurovision-2012” müsabiqəsinin təşkilatı baxımdan yaddaqalan və fərqləndirici olacağına inandığını da vurğulayıb.
Konsert Xəyyam Mustafazadənin Müslüm Maqomayevin bəstəkarı olduğu “Azərbaycan” mahnısını ifa etməsilə başa çatıb.
APA