Avstraliyalı milyarder və maqnat Klayv Palmer 1912-ci ildə batmış "Titanik" gəmisinin tam oxşarını tikdirəcək. GoMap.Az "The Sydney Morning Herald"a istinadən bildirir ki, "Titanik II" gəmisi 2016-cı ilin sonunda suya salınacaq.
Gəminin inşasına bu ilin sonunda başlanacaq və tikinti ilə Çinin "CSC Jinling Shipyard" dövlət şirkəti məşğul olacaq.
Sifarişin məbləği hələ bəlli deyil.
Palmerin dediyinə görə, yeni gəminin interyeri orijinalı maksimal dərəcədə təkrarlayacaq. Bu məqsədlə interyerin hazırlanmasına bir qrup tarixçi də cəlb olunub.
Laynerin qabaritləri də əvvəlki təki olacaq.
Lakin gəminin mühərrikləri və texnoloji konstruksiyası XXI əsr səviyyəsində olacaq.
İnşaat işləri başa çatandan sonra gəmi Şanxaydan Londona göndəriləcək, sonra da London-Nyu-York reysinə çıxacaq.
Milli.Az