Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - Günün kursunu səhər saatlarında müəyyənləşdirin. Mühüm, ciddi heç nə planlaşdırmayın. Ahəstə çalışın, tələsikliyə yol vermədən davranın.
Saatlar keçdikcə mənzərə dəyişəcək. Qəfil ideyaları dərhal həyata keçirməyə tələsməyin. Maraqlandığınız işlə məşğul olun.
Günün ikinci yarısında romantik hisslərə qapılaraq praqmatizmi unutmayın. Şəxsi münasibətlərdə təmkinli olun.
Axşam saatlarında yaxşı tanımadığınız yerə yollanmayın. Macəra aramayın. Evdə sizi sürpriz gözləyə bilər.
Buğa - Aktiv tərəfdaşlar və dostların təşəbbüslərini dəyərləndirin. Mübahisə etməyin, tapşırıqlardan və öhdəliklərdən boyun qaçırmayın. Sakit, aram şəkildə çalışın. Şəxsi maraqlarınızın reallaşdırılması üçün münasib zamandır.
Günün ikinci yarısında aktiv olun. İdeyalarınızdan birini etibar etdiyiniz insanla bölüşə bilərsiniz. Stressdən qurtulmağın yolu alış-verişdən keçmir.
Axşam saatlarında normal istirahət etməyə çalışın. Ailə üzvlərini sevindirin.
Əkizlər - Uzun müddətdən bəri təxirə saldığınız və ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz. Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.
Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə, gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi dəqiqləşdirin.
Yaxın gələcəklə bağlı perspektivləri cari durum müəyyənləşdirir.
Xərçəng - Günün ilk yarısında eyni vaxtda bir neçə işə başlamayın. Maraqlarınızı və niyyətlərinizi başqalarının mənafelərinə qurban verməyin. Kimsədən şücaət, qəhrəmanlıq tələb etməyin.
Fəaliyyət sahənizdə yeni problem yaranacaq. İşgüzar təmaslardan yararlanaraq çətinliyi aradan qaldırın. Planları reallaşdırmaq üçün yaxşı şans yaranıb.
Günün ikinci yarısında aktiv ünsiyyət, danışıqlar və müzakirələr aparın. Yeni layihəyə başlamayın. Yalnız yarımçıq işləri bitirmək üçün çalışın. Seçim və ya istəyiniz ön plana çıxmamalıdır.
Axşam saatlarında daxili gərginlikdən qurtulmağa çalışın.
Şir - Tərəfdaşlıq münasibətlərində dönüş zamanıdır. Yaşamınızda yeni fiqur peyda olacaq. Yerinə yetirilməmiş vədlərlə bağlı xatırlatmalara hazır olun.
Sakit zaman olsa da, gərginlik qismən və tədricən artacaq. Spontan qərarlar verməyin, tələsməyin. Tədricən irəliyə doğru hərəkətə üstünlük verin. Yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin.
Günün ikinci yarısında romantik hisslər işgüzar fəaliyyətə mane olmamalıdır. Yazışmalarda diqqətli olun. Sizi nə isə narahat edirsə, aramla hərəkət edin, təmkinli davranın.
Qız - Günün ilk yarısında əhvalınız pis olmayacaq. Uğurlu zamandır. Vurnuxmaya aldanmayın, sadəlövh qərarlar verməyin. Planlarda dəyişikliklər ola bilər. Etibar etdiyiniz insanın qəribə addımı sizi təəccübləndirəcək. Yarıyolda nəyisə dəyişməyin.
Günün ikinci yarısında səbrli və təmkinli olun. Həddən artıq mürəkkəb işlərə hazırlıqsız başlamayın.
Mürəkkəb, ağır işlər üçün axşam saatları daha sərfəlidir. İşgüzar münasibətlər müstəvisində pozitiv təmayüllər olacaq.
Görüş və müzakirələr pis nəticələr verməyəcək.
Tərəzi - Dostlar və həmkarlarla ünsiyyətdə yeni ideya, maraq obyekti formalaşa bilər. Zəruri informasiyaları toplayın. Effektivliyini sübut etmiş əməkdaşlığı davam etdirmək olar. İstədiyinizi daha yaxşı, keyfiyyətli variantda əldə etməyə çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə optimal durum yaranacaq. Heç nə tələb etməyin və eyni zamanda, azadlığınızı da məhdudlaşdırmayın.
Axşam saatlarının xoş təmayülü var. İrəliləyişi təmin edə biləcək müstəvini seçin. Alınmayan işləri ertələyin.
Aktiv, mütəhərrik istirahətə üstünlük verin.
Əqrəb - Yerinə yetirməli olduğunuz işlər arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni tələsdirməyin.
Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş etmək olar.
Oxatan - Günün ilk yarısı qarışıq, laübəlidir. Detallara və xırdalıqlara həddən artıq varmaq ümumi işin ziyanına ola bilər. Aktivliyi bir qədər azaldın. Amma spontan yaranan situasiyalara kəskin müdaxilə gərəkdir.
Gərginlik yığılarsa, münasibətlərin aydınlaşdırılmasını bir qədər təxirə salın. Qarşı tərəfin də danışmasına, mövqelərini izhar etməsinə mane olmayın.
Maraqlı təfərrüatlar öyrənə bilərsiniz.
Yolda çox vaxt keçirməyin. Dostlar və tanışlarla görüşü təxirə salın. Yaxın ətrafınızdakı insanlarla sərvaxt davranın.
Oğlaq - Tərəfdaşlarla və şəriklərlə münasibətlərdə qəfil dönüşlər ola bilər. Tənə və iradların sayını azaldın. Baş verənlərin ciddilik səviyyəsi sizdən asılıdır. Yaşananları ürəyinizə salmayın.
Günün ikinci yarısında qəfil təklif və ya xəbər alsanız, tələsik qərar verməyin. İnadkarlıq etsəniz, dəyər verdiyiniz insanla münasibətlərinizdə sərinlik yarana bilər.
Axşam saatları çətin intellektual problemlərin həlli üçün əlverişlidir. İdeyalar maraqsız deyil. Lakin sınaq müddətinə ehtiyac var.
Dolça - Yeni işə və ya layihəyə başlamaq istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır. Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb. Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola bilər.
Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.
Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır.
Balıqlar - Hisslərin gərilməsi, əsəblərin tarıma çəkilməsi istisna deyil. Aydın və səlis danışmağa çalışın. Prioritetlərin yenilənməsi istisna deyil.
Yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirə bilərsiniz.
Günün ikinci yarısında maliyyə məsələlərində risk etməyin. Böyük məbləğdə ödənişləri və pul köçürmələrini təxirə salın. Mövqelərinizdəki zəifliyi aşkarlayın, onu aradan qaldırın. Aktiv olun, süstlük etməyin.
Tərəfdaş və həmkarlarınız inad edəcəklər. Güzəştlərə meylli olun.
İrad və tələblərinizlə situasiyanı daha da ağırlaşdırmayın.
Milli.Az