Tam (11- illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla)
ərizə qəbulunun vaxtı uzadılıb.
TQDK-ın mətbuat xidmətindən
verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna
olmaqla müsabiqədə iştirak etmək istəyən digər abituriyentlər üçün ərizə
qəbulu 20 may saat 11:00-dan 31 may saat 23:59-a dək davam etdiriləcək.
Lent.az