Qaraciyərin təmizlənməsi və sağlam olması orqanizmin ümumi sağlamlığı üçün çox əhəmiyyətlidir. Qaraciyəri təmizləyən asanlıqla hazırlanan çayın reseptini təqdim edirik:
Sarıkök çayının faydalarını belə sıralamaq olar:
Sarıköklə hazırlanan çay qaraciyəri zərərli toksinlərdən təmizləyir.
İmnuniteti gücləndirir.
Qaraciyər toxumalarını qoruyur.
Qanı təmizləyir.
Öskürək və soyuqdəymə simptomlarını azaldır.
Qan dövranını yaxşılaşdırır.
Dərini gözəlləşdirir.
Qanın laxtalanmasının qarşısını alır.
Pis xolesterini aşağı salır.
İltihaba yaxşı təsir edir.
Ödün ifrazatını artırır.
Qaraciyər təmizləyən sarıkök çayının resepti
Ərzaqlar:
4 çay qaşığı sarıkök
2 çay qaşığı zəncəfil
1 çay qaşığı darçın
Bir çimdik istiot
1 çay qaşığı vanil
2 çay qaşığı bal
Yarım stəkan hindqozu südü
İsti su
Hazırlanması: Stəkanın yarısını isti suyla doldurun. İçinə sarıkök və zəncəfili əlavə edib 15 dəqiqə gözləyin. Sonra darçın, istiot, vanil və bal əlavə edin.
Stəkanın qalanını hindqozu südü ilə doldurun.
Publika.az