Binəqədi rayonunun ərazisində yaşayış binasında yanğın baş verib
19.5.2015

Mayın 19-da səhər saatlarında Binəqədi rayonunun ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

AZƏRTAC