Azərbaycanlı rəssam vəfat etdi
20.5.2015

Onun 74 yaşı var idi.

Kaluqada prezidentin mədəniyyət üzrə müşaviri olan azərbaycanlı rəssam – Sadıx İman oğlu Bağırov ömrünün 74-cü ilində vəfat edib.

Ağsaqqalın işləri yarımçıq qaldı. O, 75 illiyində yubiley sərgisini açmağı planlayırdı. Onun sözlərinə görə sərgini iki hissəyə böləcəkdi: birincidə Kaluqanın tarixi yerlərinin şəkillərini, ikincidə isə Bakı mənzərələrini yerləşdirmək istəyirdi.

Rəssam ilə vida mərasimi mayın 19-da məhkəmə-tibbi ekspertizanın Kaluqa vilayət bürosunda baş tutub.

Onu son mənzilə Azərbaycan, tatar və Dağıstan diasporalarının sədrləri və nümayəndələri yola salıb. Rəssamı Kaluqada Litvinnov məzarlığında dəfn ediblər.

Allah rəhmət eləsin!

Oxu.az