Azərbaycanlıların iştirakı ilə dünyada ilk dəfə ISESCO ASANDOC portalı yaradılacaq
21.5.2015

Mayın 19-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İslam təhsil, elm və mədəniyyət təşkilatının (ISESCO) Baş direktoru cənab Əbdüləziz Bin Osman Əl-Tüveycrini qəbul edib.

Görüşdə İSESCO ilə Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirən baş direktor azərbaycanlı həmkarları ilə beynəlxalq təşkilatlar səviyyəsində dünyada ilk dəfə olaraq İSESCO ASANDOC(ASAN DOCUMENT) portlanın yaradılması və ilin son rübünə qədər Bakıda 1-ci İSESCO Beynəlxalq İnnovasiya Forumunun təşkil edilməsi məsələsini də nəzərdən keçirdiklərini bildirib.

O, həmçinin Azərbaycanda bu texnologiyanın tətbiqi prosesinin fəal iştirakçısı kimi Vergilər Nazirliyinin göstərə biləcəyi dəstəyin bu işə çox dəyərli bir töhfə olacağını vurğulayıb.

Xeberler.az