Günün ulduz falı
30.4.2012

Qoç - Əlverişli gündür. İşlərə nə qədər tez girişsəniz, o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Odur ki, tələsmək lazımdır. Günün birinci yarısı həm müstəqil fəaliyyət, həm də birgə layihələrin reallaşdırılması üçün münasibdir. Heç bir çətinlik çəkmədən müttəfiq və həmfikirlər tapacaqsınız.

Səhv buraxmayacaq, doğru qərarlar qəbul edəcək və onların həyata keçirməyin vaxtı gələndə heç bir çətinliklə qarşılaşmayacaqsınız. Xoş təsadüflər mümkündür. Onlar arxalarınca həyatınızın bütün sahələrində yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər gətirəcəklər.

Buğa - İşlər pis getmir, vaxt keçdikcə uğur üzünüzə gülməyə başlayır. Amma təəssüf ki, istədiyiniz qədər yox. Günün birinci yarısı gözlənilməz və xoşagəlməz görüşlərlə yadda qalacaq. Amma bundan da fayda əldə etmək mümkün olacaq. Digərlərinin nə danışdıqlarına daha çox diqqət verin: bu gün təsadüfən çox vacib şey eşidə bilərsiniz.

Bu günə nəsə əhəmiyyətli, çoj irəli gedən işlər planlaşdırmaq məsləhət deyil. Ənənəvi və çətin olmayan işlərin isə öhdəsindən mütləq gələcəksiniz. Gün təmirə başlamaq üçün münasib deyil. Amma mebel və məişət texnikası almaq olar.

Əkizlər - Maraqsız və yorucu işlərə çox vaxt sərf etməli olacaqsınız. Amma xoşbəxtlikdən, bu, günün yecanə çatışmazlığıdır. Xoş sürprizlər, uğurlu bazarlıqlar, dəyərli hədiyyələr mümkündür. Maliyyə mənzərəsi sürətlə yaxşılığa doğru dəyişəcək.

Bu gün şəxsi problemlərin həlli üçün də münasibdir. Hər şeyi real şəkildə görə biləcəksiniz. Aydınlaşacaq ki, siziş şübhə və həyəcanınız tamamilə əsassız imiş. Həm özünüz, həm də başqaları üçün çox faydalı nəsə etmək şansı var.

Xərçəng - Həftə o qədər də yaxşı başlamayacaq. Bu gün çətinliklər heç gözləmədiyiniz yerlərdə qarşınıza çıxacaq. Həll etməli olduğunuz problemlər cürbəcürdür. - günün ortasında başınızın hərləndiyini hiss edəcəksiniz. Təəssüf ki, dəstəyinə bel bağladığınız adamlar gözləntiləri doğrultmayacaq. Çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız.

Günün ikinci yarısında nasazlıqlar mümkündür. Xroniki xəstəliklərin kəskinləşməsi ehtimalı böyüdür. Yorucu işləri təxirə salmaq, həddindən artıq məşğulluğu minimuma endirmək məsləhətdir.

Şir - Çox uğurlu gündür, ulduzlar sizin tərəfinizdədir. Tamamilə fərqli işlər və başlanğıclarda uğurlar mümkündür. Çətin işlərin öhdəsindən başqa günlərlə müqayisədə daha tez gələcəksiniz. İmprovizasiyalar, eksperimentlər etmək olar. Bu gün həm zəhmətkeş, işgüzar və enerjilisiniz, həm də bəxtiniz gətirəcək.

Gün səyahətlər üçün münasibdir. Nə qədər uzağa yollansanız, o qədər yaxşıdır. Romantik görüşlər çox maraqlı keçəcək. Bu gün emosiya yüksəlişi müşahidə olunacaq.

Qız - Gün o qədər yaxşı başlamasa da, mənfi tendensiyaların təsirinin azaldığını hiss edəcəksiniz və intuisiyanız sizi altadmayacaq. Doğrudan da bu gün nəsə yaxşılığa doğru dəyişməyə başlayacaq. Qalır məhz bunun nə olduğunu müəyyənləşdirmək.

Məqsədlərin düzgün təşkili işin yarısı yox, üçdə ikisidir. İlk növbədə özünüzün həyatla bağlı təsəvvürlərinizə əsaslanmalısınız. Ətrafdakıların səxavətlə verdiyi məsləhətlər ilk baxışdan göründüyü qədər də yaxşı deyil. Maliyyə mənzərəsi əlverişlidir. Gün sövdələşmələr üçün münasibdir.

Tərəzi - Sizinki gətirmir. Ona görə də bu gün çətin ki, hansısa nəzərəçarpacaq nailiyyətə bel bağlamağa dəysin. Bundan başqa, səhvlərdən qaçmaq və şirnikdirici şeylərə müqavimət göstərmək çox çətin olacaq. Özünü inandırmaq istəyirsiniz ki, intuisiyanızla hərəkət edirsiniz. Əslində isə arzularınızla oturub-durursunuz.

Nə ilə məşğul olursunuz olun, diqqəti cəmləşdirmək asan deyil. Diqqətiniz yayınanda isə detallar, o cümlədən, çox vacib şeylər gözünüzdən açır. Uzun səfərlər məsləhət deyil. Gəzinti zamanı da evdən çox uzaqlaşmamaq tövsiyə olunur.

Əqrəb - Yeni işlərə girişməyə dəyməz. Ən yaxşısı alışdığınız, çoxdan tanış olan işlərlə məhdudlaşmaqdır. Çox nüfuzlu adamlarla mübarizə aparmalı olacaqsınız. Amma öz maraqlarınızı qorumaq üçün kifayət qədər gücünüz var. Yaşlı qohumlarınızla münaqişələr istisna deyil.

Gün itkilərlə yadda qalacaq. Sövdələşmələrə, xüsusilə, az da olsa şübhəli razılaşmalara getmək məsləhət deyil. Sevgidə bəxtiniz gətirir. Xoşunuz gələn adamı görüşə dəvət etmək üçün əlverişli məqamdan yararlanmağa dəyər.

Oxatan - Uğurlu gündür. İşləriniz gətirəcək. Həm ənənvi işlərdə, həm də sizin üçün yeni sahələrdə uğur qazanacaqsınız. İntuisiyanıza güvənə bilərsiniz - o sizə düz yolu göstərəcək. Yaradıcılıq potensialı yüksəkdir.

Gün istənilən görüşlər üçün münasibdir. Qonaq qəbul etmək çox yaxşı olar. Yeni tanışlıqlar ehtimalı azdır. Amma çoxdan tanıdığınız adamlar sizi yaxşı mənada təəccübləndirəcəklər. Əvvəllər iş və ya dostluq məcrasında qurulan münasibətlərin romantik xarakter alacağı istisna deyil.

Oğlaq - Uğursuz gündür. Mənfi tendensiyalar özünü çox açıq şəkildə və hərtərəfli göstərəcək. Onlar gizlənmək mümkün deyil. Ən müxtəlif suallara cavab tapmalı olacaqsınız. Yaşlı qohumlarla dil tapmaq çox çətin olacaq, münaqişə ehtimalı çox yüksəkdir.

Qənaətcil olun: bugünkü əsassız xərclər ciddi maliyyə itkilərinin başlanğıcı olacaq. İri sövdələşmələrdən və iş görməyi planlaşdırdığınız adamlarla danışıqlardan imtina edin.

Dolça - Bu gün çətin ki, xüsusilə maraqlı nəsə baş versin. Amma xoş sürprizlər də istisna deyil. Günlə bağlı ümumi təəssürat sizin xırda şeylərə sevinə bilib-bilməməyinizdən asılıdır. Günün əvvəlində əhval-ruhiyyəniz pis olmasa da, axşama doğru pisləşəcəek. Alkoloqol qəbul etməkdən uzaq durun.

Ev işləri ilə, hansısa ailə tədbirlərinə hazırlıqla, açıq havada fiziki əməklə məşğul olmaq mümkündür. Romantik görüşlər istədiyiniz qədər yaxşı keçməsə də, əlverişli inkişafa ümd verəcək.

Balıqlar - Bu gün əvvəlkilərlə müqayisədə daha az əlverişli olsa da, bütövlükdə pis deyil. O, yeni imkanlar və maraqlı ideyaların yaranması ilə yadda qalacaq. Cəsarətlə planlar qurun - fantaziyanıza nə qədər çox sərbəstlik versəniz, o qədə yaxşıdır. İri pul gəlirləri mümkündür.

Gözləmədiyiniz adam sizə dəstək təklif edəcək. Həmin adamın simasında vaxt keçdikcə etibarlı müttəfiq qazana bilərsiniz. Gün imicinizlə eksperimentlər, gözəllik salonuna getmək, geyim, bəzək və daş-qaş almaq üçün münasibdir.

Milli.Az