Elnur bu gün “Eurovision – 2015”də çıxış edəcək
21.5.2015

Müsabiqənin final mərhələsi mayın 23-də keçiriləcək.

Xəbər verdiyimiz kimi bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision - 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

“Wiener Stadthalle” arenasında baş tutacaq gecədə 17 ölkənin təmsilçisi yarışacaq: Azərbaycan, Kipr, Çexiya, İslandiya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Monteneqro, Norveç, Polşa, Portuqaliya, San-Marino, Sloveniya, İsveç, İsveçrə.

Azərbaycanı “Eurovision - 2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov 11-ci nömrə altında “Hour of the Wolf” mahnısını təqdim edəcək.

Müsabiqənin final mərhələsi mayın 23-də keçiriləcək.

Xatırladaq ki, Elnur Hüseynov Bakıda baş verən yanğına görə Vyanada keçirilən görüşə qara lentlə qatılmışdı.

Oxu.az