Polşada stomatoloq işləyən Anna Makovyak ona xəyanət edən sevgilisindən çox ağır intiqam alıb
30.4.2012

Нadisə Polşanın Vroslav şəhərində baş verib. Anna ona başqa qadınla xəyanət edən və həmin qadınla yaşamağa başlayan sabiq sevgilisinin bütün dişlərini çəkib çıxarıb.

Əməliyyat zamanı Makovyak xəyanətkar sevgilisinə anestetikin ifrat dozasını vuraraq, kişinin zəifliyindən istifadə edib.

Bütün dişləri çəkib çıxarandan sonra 34 yaşlı Anna sabiq sevgilisinin cəhəngini bintlə möhkəm sarıyıb.

Daha sonra isə o, deyib: "Prosedur zamanı bəzi çətinliklər yaranıb. Siz mütəxəssisə müraciət etməlisiniz".

Makovyak tutulub və onu 3 ilədək həbs gözləyir.
"Peşəkar olmağa, emosiyalardan kənar durmağa çalışdım. Lakin onu kresloda oturmuş görəndə fikirləşdim ki, bu nə şərəfsiz adamdır?! Həm mənə xəyanət etsin, həm də yanıma müalicəyə gəlsin?! Qisas almaq qərarına gəldim", - Anna deyib.

Bütün dişləri çıxarılmış 45 yaşlı Marek Olşevskinin yeni sevgilisi isə "ağzında dişi olmayan kişi ilə yaşaya bilmərəm" deyərək, onu atıb.

Milli.Az