ADNA-dakı terrordan 3 il ötür
30.4.2012

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 3 il ötür. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi.

Qanlı hadisə nəticəsində

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü

10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

və Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü öldürülüb.

Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu,
Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Hüseynli Zemfira Seyidi qızı,

Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Milli.Az