Bankdan AZƏRTAC-a bildiriblər ki, dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank AG-in təsis etdiyi mükafat 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunub.
PAŞA Bankın idarə heyətinin üzvü Taleh Kazımov qeyd edib ki, artıq bir neçə ildir banklar beynəlxalq ticarətin və sənədli əməliyyatların maliyyələşdirilməsi sahəsində uğurlu əməkdaşlıq edirlər. Commerzbank AG-dan aldığımız mükafat PAŞA Bankın bu sahədə yüksək keyfiyyətli xidmətlərin təchizatçısı kimi tanınmasını təsdiq edir. Əminəm ki, banklarımız arasında beynəlxalq ticarətin inkişafı sahəsində etdiyimiz əməkdaşlıq hər il daha da möhkəmlənəcək.
Ötən il PAŞA Bankın ticarətin maliyyələşdirilməsi sahəsində əməliyyatlarının həcmi 109 milyon AZN-dən artıq olub. Bu, 2013-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 34 milyon AZN-dən çoxdur.
azertag.az