Mobil mesajlaşma proqramı olan Line musiqi tətbiqləriylə rəqabətə hazırlaşır. Birjaya açılmağı planlaşdıran Line-nın qiymət siyasəti isə olduqca iddialıdır.
Mobil mesajlaşma ilə bərabər oyun və ödəmə sistemi xüsusiyyətlərini də əlavə edən Line aylıq yalnız 2 dollara musiqi abunəliyini başlatmağı düşünür. Bu yenilik Taylandda test edilir və Line istifadəçilərinin proqramdan ayrılmadan musiqi parçalarını dinləməsi və paylaşması imkanını tanıyır.
Line Taylanddakı RS Music ilə hələlik bir lisenziya razılaşması edib, ancaq musiqi- sənətçi portfelinə sahibliyi haqqında dəqiq bir məlumat yoxdur.
2014-cü ilin dekabrında Yaponiya ilə də bəzi razılaşmalar əldə edən Line test mərhələsindəki musiqi abunəliyi üçün ilk ay ödəniş almır.
Xeberler.az