Eynəyə ehtiyacınız qalmayacaq! – Görməni yaxşılaşdıran FORMUL
25.5.2015

Gündəlik həyatının əsas hissəsini telefon, kompüter önündə keçirən hər kəs gözlərinin zəiflədiyindən şikayət edir. Şikayəti olanların da çoxu məcburən eynək taxmalıdır. Eynəklərdən qurtulmaq üçün sizə asan yol təqdim edirik. Bu reseptlə görmənizi yaxşılaşdırıb eynəklərinizi zibilliyə ata bilərsiz.

3 il tam böyüyən aloe yarpaqlarından istifadə edin. Yarpaqların aşağı qisimlərini kəsib isti su ilə yuyun. Tikanlarını təmizləyin, 8-11 gün soyuducuda saxlayın. Sonra suyunu çıxarın. 100 ml aloe vera suyunu 500 qr rəndələnmiş qoz, 300 qr bal, 3 ədəd limon şirəsi ilə qarışdırın. Yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı yeyin.

Bir dəfə hazırlanan qarışımı 1 həftədən çox istifadə etmək olmaz. Hər həftə yenisini hazırlayın.

Qeyd: Böyrək, mədə-bağırsaq, ürək-damar sistemi ilə bağlı şikayətləri olan, hamilə, qanaxma, hemorroy və xərçəng xəstəliklərində aloe suyunun istifadəsi düzgün sayılmır.

Lent.az