Нazırda Bakıdakı otellərdə «on-line» sisteminə qoşulma işlərinə
başlanıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi Turizm İdarəsinin
rəisi Aydın İsmiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC)
turizm şirkətləri və əlaqədar dövlət qurumları ilə birlikdə təşkil
etdiyi turizmə həsr olunmuş genişləndirilmiş iclasda məlumat verib.
Bununla yanaşı, əsas diqqət xidmət səviyyəsinin artırılmasına yönələcək:
«İndi turizm xidmətlərinin səviyyəsi o qədər də yüksək deyil. Bu
istiqamətdə işlər aparılır və noyabr ayında Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi ilə birlikdə Bakıda 3-4 ulduzlu otellərin əməkdaşları üçün
treninqlərə başlanacaq, bu treninqlər aprelədək davam edəcək».