17 may Avroviziya 2012 mahnı müsabiqəsi çərçivəsində Bakı Caz Mərkəzinin səhnəsində Estoniyanın təmsilçisi Ott Leplandın konserti keçiriləcək.
Ott Lepland son illərdə bütün mahnı müsabiqələrinin qalibi, Estoniyanın məşhur bəstəkarı və müğənnisidir.
Konsertdə iştirak edəcəklər: Ott Lepland (vokal, pianino), Marvi Vallaste (vokal), Kadri Koppel (vokal) və Danyel Pandre (bas-gitara). Konsertin qonaqlarına disk hədiyyə ediləcək.