Startap Azərbaycan komandası Dövlət Fondunun rəhbərliyi ilə görüşəcək
29.5.2015

Gələn həftə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafına Dəstək Dövlət Fondunun rəhbrəliyi ilə Startap Azərbaycan komandası üzvlərinin görüşü keçiriləcək.

Bu barədə  Startap Azərbaycan Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə milli startapların mövcud vəziyyəti və startaplara dövlət dəstəyi məsələsi müzakirə olunacaq. Həmçinin milli startapların inkişaf perspektivlikləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, görüşdə Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Fondun rəhbərliyinə daxil olan digər şəxslər və Fondun Müşahidə Şurasının üzvləri iştirak edəcək.

Xeberler.az