Prezident və birinci xanım yaradılan şəraitlə maraqlandılar.
Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində yaradılan şəraitlə tanış olublar.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat verdilər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə çalışanlar üçün yaradılan şəraitlə maraqlandılar.
Sonda xatirə şəkilləri çəkdirildi.
Oxu.az