Ağıllı telefonlar üçün yaradılan tətbiqlər bir çox sahələrdə istifadə olunmağa başlayıb. Son zamanlar isə bu proqramlar xəstəliklərin müəyyən olunmasında köməyimizə çatır. Ürək döyüntüləri, şəkər və təzyiq ölçmə kimi proqramlar ağıllı telefonlarda böyük marağa səbəb olur.
London Tibb universitetinin professorları tərəfindən yeni sağlamlıq proqramı yaradılıb və “Portativ Göz Tədqiq dəsti” adlandırılıb. Tətbiq sayəsində göz xəstəliyini müəyyən etmək mümkündür.
Tətbiq Keniyada 233 insan üzərində sınaqdan keçirilib. Mobil tətbiq göz zəifliyi və digər göz xəstəliklərini müəyyən etmək qabiliyyətinə malikdir.
Xeberler.az