Yaponiyada “Qalstuksuz iş” milli kampaniyasına start verilib. Kampaniya çərçivəsində dövlət işçiləri payıza qədər işdə, ofisdə qalstuk taxmamaq, həmçinin pencək geyməmək hüququna malikdirlər. Yaponiyanın ekologiya naziri şəxsən kampaniyaya start verib.
Start verilən bu aksiya işçilərin yay geyiminə keçməsinin ilk stadiyası olub. Xarici görünüş barədə bu qaydalardan həmçinin Yaponiya parlementinin deputatları da istifadə edəcək. 1 iyundan etibarən onlar da işə cins şalvarla, futbolkalarla gələ biləcəklər.
“Fukusima-1″ Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadan sonra ölkədəki AES-lərin demək olar ki, hamısı bağlandı. İndi yaxın aylarda ölkədə elektrik enerjisi ilə bağlı çox ciddi problemlərin olacağı gözlənilir.
Yaponiyanın yerli metereoloqlarının bildirdiyinə görə, bu yay Yaponiyada görünməmiş istilər olacaq. Yayda dövlət işçilərinin yüngül paltarlar geyinməsinə də məhz buna görə icazə verildiyi bildirilir.
ANN.Az