Venesiya yer üzündən silinə bilər
1.5.2012

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən, İtaliya bəzi çimərliklərindən, o cümlədən turizm kurortlarından, unikal sahilyanı flora və faunadan məhrum ola bilər.

Ekoloji təşkilatın hesablamalarına görə, yerli əhalinin təqribən 60 faizi sahilyanı ərazilərdə yaşayır. Sahilyanı eroziya çimərliklərin 42 faizinin yox olmasına səbəb olub, çimərliklərin yalnız 30 faizinə sivilizasiyaının təsiri olmayıb.

Ümumdünya Vəhşi Təbiət Fondu buna səbəb kimi bəzi problemləri göstərib. Çay hövzələrindəki çınqılların inşaat işlərinə görə qazılıb çıxarılması, çimərlik ərazilərində sənaye obyektlərinin artması və bunun nəticəsində dəniz səviyyəsinin qalxması əsas səbəblərdir.

Elm adamlarının hesablamalarına görə, 2100-cü ildə dünya okeanının səviyyəsi 75-190 sm artacaq. Bu fakt isə Venesiya şəhərini, Sirakuz və Siciliya adalarını təhdid edir. Fond bunun qarşısını almaq üçün “İtaliyanın kövrək profilini xilas edək” adlı xeyriyyə aksiyasına start verib.

Aksiyanı sətəkləyənlər SMS göndərə və İtaliya çimərliklərində məskən salan nadir quşların fotolarını əldə edə biləcəklər. Xeyriyyə aksiyasından əldə edilən gəlir Fond tərəfindən problemli ərazilərin ehtiyacları üçün sərf ediləcək.

ANN.Az